Bolnisidə virusa yoluxmuş 15 nəfərdən 3-ü Tbilisinin YXX-na yerləşdirilib
Bolnisi Munisipalitetində koronavirusa yoluxmuş 15 nəfərdən 3-ü Tbilisinin YXX-na yerləşdirilib.Bu barədə Gürcüstanın Birinci Kanalına YXX-nın Boks Tipli Şöbəsinin rəhbəri,Marina Endeladze bildirib.
Endeladzenin sözlərinə görə, bəhsi keçən 3 pasiyentin vəziyyəti ,ilkin qiymətləndirmələrə görə,orta ağırlıqdadır və bu mərhələdə onların üzərində lazımi tədqiqatlar aparılır.
Bolnisi Munisipalitetindən verilən məlumata əsasən, koronavirus ilə əlaqədar tədqiq olunmuş 86 nümunədən,15-nin cavabı müsbətdir.Bəhsi keçən bu şəxslər Bolnisinin iki kəndinin sakinləridirlər.
Hazırladı-Sevinc Mustafayeva