Bolnisidə nəzarət-buraxılış məntəqələrinin sökülməsi prosesi aparılır
Bolnisidə nəzarət-buraxılış məntəqələrinin sökülməsi prosesi gedir.Müdafiə qüvvələri çadırları sökür və xüsusi yol işarələrini götürürlər.
Nəzarət-buraxılış məntəqələri 61 gün ərzində quraşdırılmış vəziyyətdə idi.DİN və Müdafiə qüvvələri məntəqələrdə vətəndaşların yerdəyişməsinə nəzarət edirdilər.Həmçinin,munisipalitetə daxil olan və çıxan insanların üzərində termoskrininq prosesi aparılırdı.
Ciddi karantin məhdudiyyətləri Bolnisinin iki kəndində-Qeta və Muşevanidə qüvvədə qalacaq.
Bu vaxt üçün ,Bolnisidə koronavirusa 160 yoluxma halı təsdiqlənib.Onlardan 75-i sağalıb,3-ü isə vəfat edib.
Hazırladı-Sevinc Mustafayeva