Bolnisidə ,Muşevani kəndində daha iki nəfərin koronavirusa yoluxması müəyyən olunub,150 testlə bağlı isə cavablar mənfidir
Bolnisi Munisipalitetindən verilən məlumata görə,təkrar tədqiqatın aparıldığı iki nəfərin koronavirusa yoluxması müəyyən olunub.
Onlar Muşevani (Dəllər) kəndindəndirlər və bu vaxtadək kənddə təsdiqlənmiş yoluxma hallarının sıx kontaktlarıdırlar.
Muşevani(Dəllər)kəndi klasteri ilə,bu vaxta olan göstəricilərə əsasən, koronavirusa 44 yoluxma faktı qeydə alınır.Bu yaşayış məntəqəsində aprelin 25-dən sonra ciddi karantin rejimi tətbiq olunur.
Bu gün təsdiqlənmiş halları da nəzərə alarsaq,Bolnisidə koronavirusa 149 yoluxma faktı təsdiqlənir.Onlardan 53-ü sağalıb,3-ü isə dünyasını dəyişib.
150 nəfərin tədqiq olunası materialına gəlincə isə,onların heç birinin virusa yoluxması təsdiqlənməyib.Onlardan 112-si Qeta(Aşağı Güləver) kəndindən ,30 nümunə yaxınlıqdakı Potsxveriani(Babakişilər) kəndindən,8 nümunə isə Bolnisi şəhərindən götürülübmüş.
Hazırladı-Sevinc Mustafayeva