Bolnisi Munisipalitetindən verilən məlumata əsasən,bu gün axşam alınmış laboratoriya tədqiqatının cavabına görə, bir nəfərin koronavirusa yoluxması təsdiqlənib. Bu şəxs Qeta kəndindəndir,bəhsi keçən kənddən epidemioloqlar 36 nəfərin bioloji nümunəsini dünən götürüblər.Bu vaxt üçün Qeta kəndində koronavirusa təsdiqlənmiş 5 yoluxma halı qeydə alınır.
Ümumi cəmdə,laboratoriyaya tədqiq olunmaq üçün 48 nümunə göndərilmişdi,onlardan 36-sı Qeta kəndindən,3-ü Muşevanidə təsdiqlənmiş halların kontaktlarından,7-si özünü təcrid etmiş şəxslərdən,ikisi isə Hərarət Mərkəzindəki pasiyentlərdən götürülüb.
Bu vaxt üçün Bolnisidə təsdiqlənmiş 122 yoluxma halı qeydə alınır.3 nəfər dünyasını dəyişib.
Sağalananların sayı da artıb.Bu vaxt üçün ,Bolnisidə koronavirusdan 46 nəfər sağalıb.
Hazırladı-Sevinc Mustafayeva