Bolnisidə koronavirusa 15 yeni yoluxma halı təsdiqlənib
Bolnisidə koronavirusa 15 yeni yoluxma halı təsdiqlənib

 

Bolnisinin yerli munisipalitetindən verilən məlumata əsasən,koronavirus ilə əlaqədar tədqiq olunmuş 86 nümunədən 15-nin cavabı müsbətdir.

Təsdiqlənmiş hallardan 7-si Muşevani(Dəllər) kəndi ilə əlaqədar   şəxsdir,8-i isə Qeta(Aşağı Güləver) kəndinin klasterindəndir.

Ümumi cəmdə laboratoriyaya  131 nəfərin tədqiq olunası materialı göndərilmişdi.45 nəfərlə bağlı tədqiqat davam etdirilir.

Bu vaxt üçün Bolnisidə koronavirusa təsdiqlənmiş 137 yoluxma halı qeydə alınır,onlardan 46-sı sağalıb,3-ü isə dünyasını dəyişib.

 

Hazırladı-Sevinc Mustafayeva