Bolnisidə,  çaya külli miqdarda polietilen butulka tökən vətəndaş saxlanılıb
Bolnisidə, çaya külli miqdarda polietilen butulka tökən vətəndaş saxlanılıb

 

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Şöbəsinin Bolnisi Rayon İdarəçiliyinin əməkdaşları 2001-ci il təvəllüdlü R.Ş.-nı  suyu çirkləndirmə ittihamı ilə saxlayıblar. Söhbət külli miqdarda polietilen butulkaları çaya atan vətəndaşdan gedir.

Nazirlikdən verilən məlumata əsasən, cinayət bir ilədək azadlıqdan məhrum edilməni nəzərdə tutur.

“İstintaq nəticəsində, müqəssirin cari ilin iyun ayının 30-da , Bolnisi Munisipalitetində yerləşən Ktsia çayına  külli miqdarda polietilen butulka tökərək,  çayı çirkləndirməsi müəyyən edilib. Faktı əks etdirən video-material müxtəlif sosial şəbəkələrdə yayılıb.

Hüquq-mühafizə orqanlarının işçiləri qanunpozuntusuna yol verən şəxsin kimliyini müəyyən ediblər və onu müqəssir qismində Bolnisidə saxlayıblar.

Suyun çirklənməsi faktı ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 292-ci maddəsi ilə istintaq aparılır ” -deyə məlumatda deyilir.