Bolnisidə daha 6 nəfərin koronavirusa yoluxması müəyyən olunub
Bolnisidə daha 6 nəfərin koronavirusa yoluxması müəyyən olunub

Bolnisidə daha 6 nəfərin koronavirusa yoluxması müəyyən olunub.

Bolnisinin yerli munisipalitetindən verilən məlumata əsasən,yeni təsdiqlənmiş hallardan 4-ü Qeta (Aşağı Güləver) kəndindən,ikisi isə Muşevani(Dəllər) kəndindəndir.

Hər iki yaşayış məntəqəsində ciddi karantin rejimi qüvvədədir.

Qeta(Aşağı Güləver) kəndi  klasterindən bu vaxt üçün 17 yoluxma halı təsdiqlənir.Kənddə ölçülər  mayın 15-dən sərtləşdirilib.

Muşevani(Dəllər) kəndində yoluxanların sayı,bu gün təsdiqlənmiş halları da nəzərə alarsaq,artıq  40-dək artıb. Bu yaşayış məntəqəsində aprelin 25-dən sonra ciddi karantin rejimi tətbiq olunur.

Cəmdə laboratoriyaya 156 nəfərin tədqiq olunası materialı göndərilib.

Bu vaxt üçün Bolnisi Munisipalitetində  koronavirusa 145 təsdiqlənmiş yoluxma halı qeydə alınır,onlardan 51-i sağalıb ,3-ü isə dünyasını  dəyişib.

Rəsmi məlumata əsasən,Gürcüstanda bu vaxt üçün koronavirusa 677 yoluxma halı qeydə alınır.

 

Hazırladı –Sevinc Mustafayeva