Bolnisi munisipalitetinin Savaneti kəndində koronavirus halı qeydə alınıb
Bolnisi munisipalitetinin Savaneti kəndində koronavirus halı qeydə alınıb

Marneulinin pediatriya klinikasında covid-19-ya gənc qadın yoluxub.

O xəstəxanada uşağı ilə bərabərdir.

Bu haqda məlumatı Birinci Kanala Bolnisinin meri Davit Şerazadişvili verdi.

Şerazadişvilinin məlumatıa görə, epidemioloqlar infeksiyaya yoluxanın kontaktlarını və infeksiya mənbəsini öyrənirlər.

Uşağa gəlincə isə, Davit Şerazadişvilinin bəyanatına görə, ilkin test nəticəsinə görə, uşaq koronavirusa yoluxmayıb, ancaq müvafiq simptomları var və ona daha sonra ikinci test keçiriləcək.

Ana-uşaq Bolnisi munisipalitetinin Savaneti kəndindəndilər.