Bolnisi munisipalitetində, koronavirusun iki yeni halı qeydə alındı

Bolnisi munisipalitetində koronavirusa yoluxma hallarının sayı 49-a qədər artdı.

Bolnisi munisipalitetində yenə iki nəfərdə koronavirus təsdiqləndi.

Kvemo-Kartli qubernatorunun dediyinə görə, infeksiyanın mənbəyi məlumdur və ümimilikdə, 30 nəfərlə bağlı yoxlanış keçirildi.

Mövcud olan məlumata görə, munisipalitetdə hazırda, özünü təcriddə 312 nəfər qalır, karantində isə, 76.