Bolnisi Munisipalitetində Covid 19-a yeni yoluxma halı qeydə alınmayıb
Bolnisi Munisipalitetində Covid 19-a yeni yoluxma halı qeydə alınmayıb. Bolnisinin iki kəndi Muşevani və Qeta bu vaxtadək bağlıdır.Munisipalitetdə artıq 3 gündür ki, epidemioloqlar çalışırlar.
Təsadüfi prinsip əsasında bütün ərazi vahidlərində sakinlər sürətli testdən keçirilirlər. Bolnisidə cəmdə 5 gün ərzində 150 nəfər sürətli testdən keçirilməlidir.
61 günlük təcriddən sonra Bolnisi dünən açılıb.Munisipalitetdə koronavirusa cəmdə 162 yoluxma halı təsdiqlənib, 75 nəfər sağalıb,3 nəfər isə vəfat edib.
Hazırladı-Sevinc Mustafayeva