Bolnisi Munisipalitetində 131 nəfərin koronavirus ilə əlaqədar analiz cavablarını gözləyirlər
Bolnisi Munisipalitetində 131 nəfərin tədqiq olunası materialı ilə bağlı laboratoriya tədqiqatının nəticələrini gözləyirlər.Onların böyük əksəriyyəti Muşevani (Dəllər) kəndindən götürülmüş bioloji nümunədir.
Bu gün kənddə Bolnisinin İctimai Mərkəzinin epidemioloqları və XNMM-in tibb işçiləri demək olar ki,bütün gün ərzində çalışıblar.
Muşevani (Dəllər) kəndində bu vaxt üçün koronavirusa təsdiqlənmiş 29 yoluxma halı qeydə alınır.Yaşayış məntəqəsində aprelin 25-dən sonra,ölçülər sərtləşdirilib,buna qədər 10-dək yoluxma halı qeydə alınmışdı.
Bu gün göndərilmiş nümunələrin bir qismi Qeta(Aşağı Güləver) kəndindən götürülüb .Epidemioloqlar bu gün Qeta(Aşağı Güləver) kəndində dünən təsdiqlənmiş halın kontaktlarından nümunə götürüblər.Kənddə bu vaxt üçün Covid 19-a təsdiqlənmiş 5 yoluxma halı qeydə alınır.
Hazırladı –Sevinc Mustafayeva