Bolnisi merinin verdiyi məlumata əsasən,Muşevani kəndində koronavirusa 4 yeni yoluxma halı təsdiqlənib
Bolnisi merinin verdiyi məlumata əsasən,Muşevani kəndində koronavirusa 4 yeni yoluxma halı təsdiqlənib

 

 

 Bolnisi Munisipalitetinin Muşevani kəndində koronavirusa 4 yeni  yoluxma halı qeydə alınıb.Məlumatı, Gürcüstanın Birinci Kanalına Bolnisi meri, Davit Şerazadişvili təsdiqləyib.

 Merin  sözlərinə görə, onların hamısı ciddi şəkildə özünü təcrid edibmiş.Bu gün isə yoluxmuş şəxsləri müvafiq tibb müəssisəsinə aparacaqlar.

Epidemioloqlar Muşevani kəndindən tədqiq olunası 21 nümunəni iki gün bundan əvvəl götürüblər. Bunlardan sadəcə 4  yoluxma halı  təsdiqlənib,digərləri isə mənfidir.

 

 

 

 Hazırladı-Sevinc Mustafayeva