Bolqarıstanın baş naziri Ukraynadan Bolqarıstana taxıl idxalına etiraz edən ölkə fermerlərini terrorçularla müqayisə edib
Bolqarıstanın baş naziri Ukraynadan Bolqarıstana taxıl idxalına etiraz edən ölkə fermerlərini terrorçularla müqayisə edib

Bolqarıstanın baş naziri Nikolay Denkov Ukraynadan Bolqarıstana taxıl idxalına etiraz edən ölkə fermerlərini terrorçularla müqayisə edib.

Bolqarıstan hökuməti başçısının sözlərinə görə, fermerlərin dövlət tərəfindən dəstəyin olmaması ilə bağlı şikayətləri tamamilə əsassızdır.

Denkov taxıl istehsalçılarına Avropa fondlarından imtina etməyi, sonra isə Ukrayna mallarına qadağa qoymağı tövsiyə edib.

“Yolları bağlamaq istədikləri traktorlar Avropanın vəsaiti ilə alınıb. Subsidiya və yardım şəklində alınan vəsaitin böyük hissəsi avropalı olanda Avropanın maraqlı olmadığını söyləmək olmaz. Mən terrorçularla danışıqlar aparmıram”, – Nikolay Denkov bildirib.

Bolqarıstan Baş nazirinin sözləri Bolqarıstan Fermerlər Birliyi tərəfindən pislənərək, son 100 gündür onlarla görüşməkdən imtina etdiklərini bildiriblər.

Sentyabrın 18-də bolqar fermerlər hakimiyyətin Ukraynadan kənd təsərrüfatı mallarının idxalına qoyulan qadağanın müddətini uzatmamaq qərarına görə bütün ölkə boyu, o cümlədən sərhəd-keçid məntəqələrində blokada keçirməyi planlaşdırır.