Bolqaristanda yaşayan Gürcüstan vətəndaşları müvəqqəti olaraq, leqal şəkildə işləyə biləcəklər

Bolqaristanda yaşayan Gürcüstan vətəndaşları müvəqqəti olaraq, leqal şəkildə işləyə biləcəklər.

Bu barədə razılaşma tərəflər arasında yaxın günlərdə imzalanacaq.

Məsələ ilə bağlı Gürcüstanın İşğal altında olan ərazilər, əmək, səhiyyə və sosiyal müdafiyə məsələləri üzrə nazirlikdə, Bolqaristan Respublikası və Gürcüstan nümayəndə heyyətləri arasında əmək miqrasiyasının tənzimlənməsi haqqında razılaşma layihəsi ilə bağlı rəsmi danışıqların ilk raundu keçirildi.

Danışıqlara gürcü tərəfindən nazir müavini Tea Axvlediani rəhbərlik edirdi.

Bolqaristan nümayəndə heyyətinə isə, Sosiyal Siyasət nazirinin müavini Lazar Lazarov rəhbərlik edirdi.

Qeyd olunan layihə Gürcüstan vətəndaşları üçün müvəqqəti olaraq, Bolqaristan respublikasında tələb olunan müvafiq peşələrdə kvalifikasiyalı işçi statusunda işləmək imkanını yaradacaq – deyilir Nazirliyin bəyanatında.