Bolqarıstan parlamentində müharibə bitdikdən sonra Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyən layihəni müzakirə edirlər
Bolqarıstan parlamentində müharibə bitdikdən sonra Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyən layihəni müzakirə edirlər

 

Bolqarıstan parlamenti müharibə başa çatdıqdan sonra Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyən layihəni müzakirə edir. Bu barədə Bolqarıstan mətbuatı yazır.

Söhbət Bolqarıstan parlamentinin Xarici Siyasət Komitəsi tərəfindən təsdiqlənən koalisiya partiyaları qrupunun bəyannamə layihəsindən gedir.

Bolqarıstan deputatlarının dəstəklədiyi bəyannamədə deyilir ki, Rusiyanın onun təsirinə məruz qalmış suveren dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən tam və dərhal könüllü olaraq çıxması Ukraynada və Avropada sülhü bərpa etməyin ən birbaşa yoludur. Sənəddə həmçinin ölkələr Ukraynaya hərbi-texniki dəstəyi davam etdirməyə çağırılır.

Bununla yanaşı, KİV-in məlumatına əsasən, Ukraynanın alyansa qoşulmasını dəstəkləyən qətnamənin parlamentdə səsverməyə çıxarılıb-çıxarılmayacağı dəqiqləşdirilməyib.

Bundan əvvəl Ukrayna Prezidenti V.Zelenski müharibə zamanı ölkəsinin NATO-ya üzvlüyü məsələsinin imkansız olduğunu bildiyini deyib, hərçənd o qeyd edib ki, Ukraynanın alyansa nə zaman üzv olacağı ilə bağlı konkret siqnallar almayacağı təqdirdə Vilnüsdə planlaşdırılan NATO sammitində iştirak etməkdə heç bir məna görmür.