Bol yağıntılar Zuqdididə problemlər yaradıb, yaşayış evlərinin birinci mərtəbələrini, həyətləri, küçələri su basıb
Bol yağıntılar Zuqdididə problemlər yaradıb, yaşayış evlərinin birinci mərtəbələrini, həyətləri, küçələri su basıb

Bol yağıntılar Zuqdididə problemlər yaradıb. Həyətləri və yolları su basıb.

Xüsusən də Mesxiya, Qamsaxurdiya, Kutaisi və Azadlıq küçələrində vəziyyət ağırdır.

Bir neçə küçədə kanalizasiya sistemi suyu daşıya bilməyib, nəticədə yaşayış evlərinin birinci mərtəbələrini su basıb, ev əşyaları, məişət texnikası və əşyalar sıradan çıxıb.

Yerli hökumət nümayəndələri şəhərin bir neçə rayonunda vəziyyətlə tanış olurlar. Evlərin birinci mərtəbələrindən suyun çəkilməsi işləri davam etdirilir.