Bol yağıntı və fırtına nəticəsində Batumi bulvarının bir neçə hissəsi zərər görüb
Bol yağıntı və fırtına nəticəsində Batumi bulvarının bir neçə hissəsi zərər görüb

 
Batumidə güclü külək və fırtına nəticəsində bulvarın müəyyən perimetrində infrastruktura ziyan dəyib. Acara hökumətinin sədri Tornike Rijvadze Batuminin sahil xəttindəki vəziyyətlə tanış olub.

“Bol yağıntı, pis hava şəraiti və fırtına nəticəsində Batuminin sahil xəttindəki infrastruktura ziyan dəyib. Meriya və fövqəladə halların müvafiq xidmətləri səfərbər edilib. İnfrastruktur hava şəraiti yaxşılaşdıqdan dərhal sonra bərpa olunacaq. Vətəndaşlardan sahil xəttində hərəkət etməkdən mümkün qədər çəkinmələrini xahiş edərdim. Həm infrastrukturun, həm də vətəndaşlarımızın təhlükəsizliyinin qorunması üçün hər şey ediləcək”- deyə Tornike Rijvadze açıqlayıb.

Batuminin meri Arçil Çikovani, meriya, fövqəladə halların müvafiq xidmətləri və bulvar administrasiyasının nümayəndələri hadisə yerindədirlər. Təhlükəsizlik normalarından irəli gələrək, hava şəraiti yaxşılaşan kimi zərər görmüş infrastrukturun bərpasına və tam likvidasiya işlərinə başlanılacaq.

Həmçinin, fırtına nəticəsində Kobuletinin sahil xətti də zərər görüb. Fırtınanın nəticələrinin aradan qaldırılması işləri aparılır.