Bol yağıntı Lançxuti Munisipalitetində problemlər yaradıb
Bol yağıntı Lançxuti Munisipalitetində problemlər yaradıb

Bol yağıntı Lançxuti Munisipalitetində problemlər yaradıb. Bir neçə ailənin ətraf aləmlə əlaqəsi kəsilib. Daxili kənd yolları zərər görüb. Torpaq kütlələri dağılıb, sürüşmə prosesləri müşahidə olunur.

Yerli hakimiyyət orqanlarından verilən məlumata görə, qaynar xətt fəaliyyətə başlayıb və meriyanın bütün xidmətləri səfərbər edilib.

“Supsa çayı yatağından çıxıb. Bir neçə yerdə sürüşmə qeydə alınır. Sentyabrın 8-də təbii fəlakətlər nəticəsində zədələnən, sonra isə müvəqqəti bərpa olunan Xoreti-Çoçxatini birləşdirən körpü su tərəfindən aparılıb. Xoretinin 150-yə yaxın sakininin ətraf aləmlə əlaqəsi kəsilib. Munisipalitetdə bütün aidiyyatı xidmətlər cəlb olunub. Avadanlıqlar səfərbər olunur və hava şəraiti düzələn kimi infrastrukturun dərhal bərpasına başlanacaq” – deyə Lançxuti Munisipalitetinin meri Aleksandre Sarişvili bildirib.