Boçorişvili klinikasını bugün koronavirusdan sağalan iki pasiyent tərk edəcək

Boçorişvili klinikasını bugün koronavirusdan sağalan iki pasiyent tərk edəcək.

Bu barədə məlumat Gürcüstanın Birinci Kanalına klinikadan verildi.

Klinikanın məlumatına görə, qeyd olunan iki pasiyentlə bağlı laboratoriya yoxlanışının nəticələri mənfi çıxdı və onlar klinikadan sonra özünü təcrid rejiminə keçəcəklər.

Klinikanın xüsusi bölməsində bu vaxt üçün 64 pasiyent qalır.

Onlardan 53 nəfərin koronavirusu təsdiqlənib. Beş pasiyentin isə, orta ağırlıqda pnevmoniyası var.

Son 24 saat ərzində klinikaya yeni pasiyent gətirilməyib.