Boçorişvili klinikasında bu vaxt üçün koronavirusa yoluxan yeddi uşaq müalicə görür, onların vəziyyəti stabildir
Boçorişvili klinikasında bu vaxt üçün koronavirusa yoluxan yeddi uşaq müalicə görür, onların vəziyyəti stabildir

Boçorişvili klinikasının pediatriya departamentinin rəhbəri Malvina Cavaxadzenin bəyanatına görə, bu vaxt üçün ölkə miqyasında 13 uşaqda koronavirus təsdiqləndi.

Onun dediyinə görə. yeddi uşaq Boçorişvili klinikasında müalicə görür, onlardan altısının vəziyyəti stabildir, birinin isə, pnevmoniyası var.

“Kompyuter tomoqrafiyası ilə, digərlərində pnevmoniya görünmür, ancaq bu xəstəliyinin simptomları bir həftə sonra da bəlli olmağa başlayır” – dedi  Malvina Cavaxadze.

Malvina Cavaxadzenin məlumatına görə, müxtəlif ölkələrin göstəriciləri ilə, uşaqlarda koronavirus fərqli şəkildə keçir.

“Elə bir mif var, güya uşaqlar koronavirusa yoluxmurlar. Uşaqlar da yoluxurlar, sadəcə olaraq, onlar xəstəliyi daha asan keçirirlər. Uşaqların koronavirusdan ölüm halları dünya statistikası ilə çox azdır” – dedi Malvina Cavaxadze.