Boçorişvili klinikasına koronavirus diaqnozu ilə üç pasiyent yerləşdirilib, onlardan biri altı yaşlı uşaqdır
Vaxtanq Boçorişvili adına klinikaya koronavirus diaqnozu ilə, üç yeni pasiyent yerləşdirilib, – bu barədə məlumatı klinikanın nəzarət şurasının sədri Maka Sonğulaşvili verir.
Maka Sonğulaşvilinin qeyd etdiyinə görə, infeksiyaya yoluxanlardan biri Milli Bank klasterindəndir, ikisi isə, dünən Batumidə təsdiqlənən hallardır.
“Pasiyentin biri 30 yaşlı kişidir və onun vəziyyəti qənaətbəxşdir. Digərləri isə, ana-uşaqdır, 40 yaşlı qadın və altı yaşlı uşaq. Onların vəziyyətləri də qənaətbəxşdir. Qadının digər uşağı və həyat yoldaşı isə, Batumidə karantin zonasında qalırlar.
Tam olaraq, Boçorişvili klinikasında 16 pasiyent müalicə olunur, onlardan yeddisi yeniyetmədir”, – dedi Sonğulaşvili.