Boçorişvili klinikasına koronavirus diaqnozu ilə Ermənistan vətəndaşı olan ana və uşaq gətirildi
Boçorişvili klinikasında 51 pasiyent müalicə olunur. Onlardan 41 nəfərin koronavirus diaqnozu var.
Klinikanın nəzarət şurasının rəhbəri Maka Soloğaşvilinin dediyinə görə, qeyd olunan tibbi müəssisədə koronavirusdan yenə üç pasiyent sağaldı.
Həmçinin, klinikaya yenə iki pasiyent gətirildi.
“Yeni gələn pasiyentlər Ermənistan vətəndaşı olan ana və uşaqdır. Onlardan biri reanimasiya bölməsindən çıxdı, digəri isə, hələ reanimasiyada qalır. Reanimasiyada qalanın vəziyyəti stabildir.
Onlardan başqa, dörd pasiyentimizin vəziyyətinə diqqət yetirilməlidir” – dedi Maka Soloğaşvili.
Onun məlumatına görə, klinikanın pasiyentlərinin 12-si 18 yaşa qədərdir.