Bochorişvili Klinikasına ,Tetritsğaroda həkimlər klasterinin kontaktı olan , koronavirusa yoluxmuş yeni pasiyent daxil edilib
Bochorişvili adına Klinikada bu mərhələdə koronavirusa yoluxmuş 42 nəfər pasiyent müalicə olunur,onlardan sadəcə biri reanimasiya şöbəsindədir.
İnfeksionist Eka Choladzenin verdiyi məlumata görə,klinikaya bu gün yeni bir pasiyent daxil edilib,79 yaşlı qadın Tetritsğaroda həkimlər klasterinin kontaktıdır.Onun vəziyyəti bu mərhələdə qənaətbəxşedir.
″Bu mərhələdə Bochorişvili Klinikasında 50 pasiyent var .Təsdiqlənmiş bir yeni hal var,79 yaşlı qadın Tetritsğarodandır ,onun vəziyyəti bu mərhələdə orta ağırlıqdadır. Pasiyent yaşlıdır,az şikayətlərə baxmayaraq yaş ilə nəzərdə tutulan bəzi dəyişiliklər var. Tədqiqat aparılıb,cavabları gözləyirik.Bu mərhələdə sağalmış pasiyent yoxdur. Bir pasiyenti tədqiqata qoşuruq ,digərləri isə səhər qoşulacaqlar″
Hazırladı-Sevinc Mustafayeva