Bochorishvili Klinikasında koronavirusa yoluxmuş pasiyentlərin səsvermə prosesi keçirilir
Bochorishvili adına klinikada, xüsusi siyahıda olan koronavirusa yoluxmuş pasiyentlərin səsvermə prosesi keçirilir. Müvafiq avadanlıqlarla təchiz edilmiş 4 nəfərlik xüsusi qrup portativ qutu ilə pasiyentlərin yanına gedib.
Bu vaxt üçün, siyahıda olan 96 nəfərdən 40 -ı artıq seçimini edib.
Riskləri azaltmaq məqsədi ilə, xüsusi məntəqələrin nümayəndələri virusa yoluxmuş seçicilərlə iki metrlik məsafə saxlayaraq ünsiyyət qurmalıdırlar, hərəkət etməkdə çətinlik çəkənlərə isə tibb işçiləri köməklik edir.
Təhlükəsizlik normalarından irəli gələrək , kovidə yoluxmuş pasiyentlər işarələnmirlər. Seçki qanunvericiliyinə əsasən, bütün səyyar seçki qutuları saat 21: 00 -dək xüsusi məntəqədə olmalıdır.
Bu il özünüidarəetmə seçkiləri üçün ölkə miqyasında 70 xüsusi məntəqə açılıb. MSK-nın fərmanı ilə təsdiqlənmiş xüsusi seçici siyahılarına əsasən, özünü təcrid edən seçicilərin sayı 1227, stasionar müalicə müəssisələrində olanların sayı 3793, karantin məkanlarında olanların sayı isə 147 nəfərdir. Ümumilikdə, seçki siyhısına 6074 nəfər daxildir.