BMT Uşaq Fondunun məlumatına görə, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ukraynalı uşaqların yarıdan çoxu qaçqına çevrilib
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ukraynalı uşaqların yarıdan çoxu qaçqına çevrilib.
Bu barədə məlumatı BMT-nin Uşaq Fondu yayır.
“Belə ki ailələrin hər şeyi tərk etmələrinə görə, BMT Uşaq Fondu uşaqlara psixoloji sağlamlıq və müdafiə xidmətlərinin köməyi ilə dəstək verir. Bütün uşaqlara sülh ! “-deyə BMT-nin Uşaq Fondunun bəyanatında deyilir.
“Euronews”-un məlumatına görə, Ukraynada yaşayan 7,5 milyon uşaqdan 4,3 milyona qədəri müharibə səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.