BMT Nümayəndəliyi - Gürcüstan hakimiyyətini narahatedici hadisəni pisləməyə, günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq
BMT Nümayəndəliyi - Gürcüstan hakimiyyətini narahatedici hadisəni pisləməyə, günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq

BMT bugünkü “Tbilisi Pride” tədbirində zorakılıq və hücumları pisləyir – BMT-nin Gürcüstan Nümayəndəliyi sosial şəbəkədə bu haqda yazıb.

“Biz Gürcüstan hakimiyyətini bu narahatedici hadisəni pisləməyə, günahkarları məsuliyyətə cəlb etməyə və hər kəsin, o cümlədən LGBTQ+ şəxslərinin dinc toplaşmaq və ifadə hüququnun müdafiəsini yaxşılaşdırmaq üçün qəti addımlar atmağa çağırırıq”- BMT-nin Gürcüstandakı Nümayəndəliyi yazır.