BMT-nin Humanitar Yardım Xidməti- İsrailin hava hücumları nəticəsində 260 mindən çox fələstinli Qəzza zolağındakı evlərini tərk etmək məcburiyyətində qalıb
BMT-nin Humanitar Yardım Xidməti- İsrailin hava hücumları nəticəsində 260 mindən çox fələstinli Qəzza zolağındakı evlərini tərk etmək məcburiyyətində qalıb

BMT-nin məlumatına görə, Qəzzada 260 mindən çox insan məcburi köçkünə çevrilib.

Medianın BMT-nin Humanitar Yardım Xidmətinə istinadən yazdığı kimi, terror qruplaşması İsrailə hücum etməyə başladıqdan sonra İsrail Müdafiə Qüvvələrinin “HƏMAS”ın obyektlərinə endirdiyi zərbələr nəticəsində Qəzzada 260 mindən çox fələstinli evlərini tərk etmək məcburiyyətində qalıb. .

“Qəzzada 263 934-dən çox insanın evlərini tərk etdiyi təxmin edilir” – BMT-nin Humanitar Yardım Xidməti açıqlayır və qeyd edilir ki, “bu rəqəm daha da artacaq”.