BMT-nin qadınlar təşkilatı - Marneulinin Maradisi kəndində qadınlar "Covid-19"-a yoluxan ailənin məhsullarını qorudular
Marneuli munisipalitetinin Maradisi kəndində qadınlar covid-19 infeksiyasına yoluxan ailənin kartof məhsullarını qorudular.
Məlumatda deyilir ki, bir neçə fəal qadın xəstəxanada olan ailələrin məhsullarını qorumaq üçün onların torpaq sahələrini də təmizləyib becərdilər.
“Yerli sakin Naira Paksadze digər fəal qadınlarla bərabər ot basmış əraziyi təmizlədi və becərdi. Belə ki, xəstəxanlarda müalicə olunan ailələr yeganə gəlir mənbələrini itirməyəcəklər” – deyilir məlumatda.
“Əlimizdən gələn tək şey budur. İndi bu yeri becərməsək, burayı ot basacaq və ailələr yeganə gəlir mənbələrini itirəcəklər” – dedi Naira Paksadze.
Naira Paksade “Taso” fondunun əməkdaşıdır və BMT qadınlar təşkilatının icma mobilizasiyası layihələrinə də fəal şəkildə qoşulub.