BMT-nin Dünya Ərzaq Proqramının rəhbəri Ukrayna limanlarının bağlı qalacağı təqdirdə milyonlarla insanın aclıqdan öləcəyinə dair Putinə xəbərdarlıq edir
BMT-nin Dünya Ərzaq Proqramının rəhbəri Ukrayna limanlarının bağlı qalacağı təqdirdə milyonlarla insanın aclıqdan öləcəyinə dair Putinə xəbərdarlıq edir

 

BMT-nin nümayəndəsi Ukrayna limanlarının bağlı qalacağı təqdirdə milyonlarla insanın aclıqdan öləcəyinə dair Putinə xəbərdarlıq edir. Bu barədə BMT-nin Dünya Ərzaq Proqramının rəhbəri Devid Bizli “CNN”-ə müsahibəsində bildirib.

“Bu limanların əngəllənməsi səbəbilə dünya miqyasında milyonlarla insan öləcək. Ukraynaya yönəlik nə hiss etməyinizdən asılı olmayaraq əgər dünyanın başqa yerlərində yaşayan insanların halına ürəyiniz ağrıyırsa, o limanları açmalısınız”–bu barədə Bizli müxbirin Rusiya prezidentinə nə söyləyə bilər deyə ünvanladığı suala cavab olaraq bildirib.

“CNN”-in yazdığı üzrə, “Dünya Çörək Səbəti” olaraq tanınan Ukraynadan idxal olunan həyati əhəmiyyətli kənd təsərrüfatı məhsulları Rusiyanın Odessa və ölkənin digər mühüm limanlarını bağladığı üçün əngəllənib.

Bizlinin sözlərinə görə, limanlar yaxın 60 gün ərzində açılıb istifadəyə verilməlidir, əks halda kənd təsərrüfatına əsaslanan Ukrayna iqtisadiyyatı çökəcək.

ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, Ukrayna buğda, qarğıdalı və arpa kimi mühüm kənd təsərrüfatı məhsullarının ixracına görə dünyada beşinci yeri tutur. Ötən il Ukraynanın ixracının 41%-i məhz kənd təsərrüfatı məhsullarının payına düşüb.