BMT-nin Baş Assambleyası çərçivəsində, Davit Zalkaniani Azərbaycanın Xarici İşlər Naziri ilə görüşdü

BMT Baş Assambleyası çərçivəsində, Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə görüşdü.

Nazirlər iki tərəfli əməkdaşlığın gündəmini müzakirə etdilər və Gürcüstanla Azərbaycan arasındaki strateji partnyorluğun əhəmiyyətini bir daha vurğuladılar.

Görüş zamanı nazirlər bildirdilər ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya-demarkasiyasını və müvafiq komisiyanın görüşlərinin davam etdirilməsini salamlayırlar.

Nazirlər həmçinin, Azərbaycan-Gürcüstan-Türkiyə ministerialının təşkil edilməsi məsələlərini müzakirə etdilər, hansı ki, cari ilin oktyabr ayında Tbilisidə keçiriləcək.

Bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.