BMT-nin agentliyinin məlumatına əsasən, humanitar yardımla dolu 30-dan çox yük avtomobili Qəzzaya daxil olub
BMT-nin agentliyinin məlumatına əsasən, humanitar yardımla dolu 30-dan çox yük avtomobili Qəzzaya daxil olub

 
Humanitar yardımla dolu 30-dan çox yük avtomobili Qəzzaya daxil olub-bu barədə BMT-də açıqlayıblar.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Agentliyi su, ərzaq və tibbi ləvazimat daşıyan 33 yük avtomobilinin Rafah sərhəd keçid məntəqəsindən keçdiyini açıqlayıb.

Oktyabrın 21-dən sonra ümumilikdə 117 yük avtomobili Rafah sərhəd keçid məntəqəsindən Qəzza sektoruna daxil olub. BMT-nin məlumatına əsasən, bundan əvvəl hər gün 500-ə qədər yük avtombili əraziyə daxil olurdu, bu səbəbdən humanitar vəziyyətin pisləşməsinin qarşısını almaq üçün daha böyük həcmdə yardıma ehtiyac var.