BMT humanitar yüklərin daşınması üçün İsrail və Qəzza arasında Kerem Şalom keçid məntəqəsinin açılmasını tələb edir
BMT humanitar yüklərin daşınması üçün İsrail və Qəzza arasında Kerem Şalom keçid məntəqəsinin açılmasını tələb edir

Birləşmiş Millətlər Təşkilatı humanitar yüklərin daşınması üçün İsrail və Qəzza arasında Kerem Şalom keçid məntəqəsinin açılmasını tələb edir. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. BMT-nin rəsmisi bildirib ki, Qəzzaya humanitar yardım daxil etmək üçün birdən çox sərhəd keçidi lazımdır və İsrailin nəzarətində olan Kerem Şalom yük avtomobillərinin keçməsi üçün yeganə keçiddir.

Ötən həftədən bəri humanitar yardımla yüklənmiş avtomobillər Qəzzaya yalnız Misirdən, Rafah keçid məntəqəsindən daxil olub. BMT-nin açıqlamasına görə, Qəzza əhalisinin ehtiyaclarının miqyasını nəzərə alsaq, bu, kifayət deyil.

“Vəziyyəti dəyişdirmək istəyiriksə, Qəzzada birdən çox keçid məntəqəsinin olması lazımdır – İsrail və Qəzza arasındakı Kerem Şalom keçidi əhəmiyyətli sayda yük avtomobilinin sürətlə keçməsi üçün təchiz edilmiş yeganə keçiddir” -deyə BMT-nin baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsi Təhlükəsizlik Şurasının iclasında təmsil edən BMT nümayəndəsi Liza Douten bildirib.