BMT Baş Assambleyasının prezidenti Gürcüstanın turizm potensialı ilə tanış olub
BMT Baş Assambleyasının prezidenti Gürcüstanın turizm potensialı ilə tanış olub

 

BMT Baş Assambleyasının prezidenti Gürcüstanın turizm potensialı ilə tanış olub.

Turizm Milli Administrasiyası rəhbərinin birinci müavini Tamar Ğoriauli BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahidlə görüşüb. Görüş Kaxetidə, Tsinandalidə keçirilib.

Turizm Milli Administrasiyası tərəfindən verilən məlumatda, Tamar Ğoriaulinin Gürcüstanın turistik istiqaməti, Kaxetinin turizm potensialı, turizmin bərpası baxımından həyata keçirilmiş və cari layihələr barədə Abdulla Şahidə məlumat verdiyi deyilir.

Abdulla Şahid hökumətin dəvəti ilə Gürcüstandadır.