BMT Baş Assambleyası Paris 2024 zamanı Olimpik barışıq qətnaməsini qəbul etdi - Rusiya səsvermədə iştirak etməkdən boyun qaçırıb #1TVSPORT
BMT Baş Assambleyası Paris 2024 zamanı Olimpik barışıq qətnaməsini qəbul etdi - Rusiya səsvermədə iştirak etməkdən boyun qaçırıb #1TVSPORT

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Paris Oyunları zamanı Olimpik barışıq haqqında qətnamə qəbul edib.

Baş Assambleya üzvlərinin yarıdan çoxu sənədin qəbulunu dəstəkləyib. Rusiya və Suriya səsvermədə iştirak etməkdən boyun qaçırıb

1993-cü ildən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası hər iki ildən bir – Olimpiya Oyunlarının keçirildiyi il – “idman və olimpiya idealları vasitəsilə planetdə daha dinc və xoşbəxt həyat qurmaq” haqqında qətnamə qəbul edir.

Paris Olimpiadası 2024-cü ildə iyulun 26-dan avqustun 11-dək keçiriləcək.