Bloomberg-in yeni xəbərlər redaksiyasında dünyaya fevral və mart aylarının səyahətlərinin planlaşdırılması üçün məsləhətlər verilir.
Bloomberg-in veb-səhifəsində yayılan məqaləyə görə, beş ən yaxşı Avropa turundan, mədəniyyəti və xizəklə sürüşməyi birləşdirənlər arasında Gürcüstan birinci yerdədir.
“Əgər xizəklə sürüşməyi sevirsinizsə, ancaq sadəcə dağlarda keçirilən bir səyahət planlamırsınızsa, bu gözlənilməz kombinasiyayı mütləq yoxlayın – Tbilisiyə gedin, Qudauridə isə, xizəklə şürüşün” – deyilir məqalədə.
Gürcüstan Bloomberg-in qış kurortlarının ilk beşliyində birinci yerdədir.
Məqalədə həmçinin, Gürcüstanın əyləncəli yerlərindən də bəhs edilir.
Gürcüstanla bərabər qış kurortlarının ilk beşliyinə Norveç, İsveçrə, Türkiyə və Slovenia da daxildir.