"Bloomberg" - Rusiya, 1918-ci ildən sonra ilk dəfə xarici valyutada, xarici borc öhdəlikləri üzrə defolt elan edib
"Bloomberg" - Rusiya, 1918-ci ildən sonra ilk dəfə xarici valyutada, xarici borc öhdəlikləri üzrə defolt elan edib

 

 

Rusiya, 1918-ci ildən sonra ilk dəfə xarici valyutada xarici borc öhdəlikləri üzrə defolt elan edib- bu barədə “Bloomberg” məlumat yayır.

Nəşrin verdiyi məlumata əsasən, Rusiya tərəfindən defolt elan edilməsi xarici kreditorların ödəniş üsullarını bloklayan Qərb sanksiyalarının kulminasiya nöqtəsi olub. İyunun 26-da təxminən 100 milyon dollar həcmində faizin ödənilməsi ilə bağlı güzəşt müddəti  başa çatıb və bu müddət buraxılıbsa, müddət defolt hadisəsi hesab olunur.

Martın əvvəlindən ölkənin avrobondları problemli səviyyədə ticarət aparır, mərkəzi bankın valyuta ehtiyatları hələ də dondurulmuş vəziyyətdədir və ən böyük banklar qlobal maliyyə sistemindən qoparılıb. Ötən həftə Rusiyanın maliyyə naziri Anton Siluanov rus avrobondları üzrə xarici valyutada ödənişlərin dayandırılmasının və rubl sxeminə keçidin defolt mənasına gəlmədiyini , bunun fors-major səbəbilə olduğunu, Rusiyanın isə öz öhdəliklərini yerinə yetirməkdən imtina etmədiyini və investorlara məbləğin çatdırılması üçün bütün tədbirləri gördüyünü bildirib.