"Bloomberg" - hüquqi problemlər səbəbilə Aİ bəzi ruslara qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir
Hüquqi problemlər səbəbilə Aİ bəzi ruslara qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir. Bu barədə “Bloomberg” məlumat yayır.
Hazırda Avropa İttifaqından 30-a yaxın şəxs sanksiya siyahısından çıxarılması tələbi ilə məhkəməyə müraciət edib, daha 10 belə tələb birbaşa Avropa İttifaqına göndərilib. Avropa İttifaqı Şurasının Hüquq Xidməti Aİ səfirlərinə bəzi tələblərin əsaslı olduğunu bildirib.
Onların verdiyi məlumatda, sanksiya tətbiq edilən şəxslərin verdiyi məlumatların sanksiyaların əsaslandığı sübutların zəif, köhnəlmiş və ya yanlış ola biləcəyini göstərdiyi deyilir. Avropa İttifaqının onlara qarşı tətbiq etdiyi sanksiyalarla razılaşmayanlar arasında rus oliqarxlar Roman Abramoviç, Viktor Raşnikov, Mixail Fridman, Petr Aven, Andrey Melniçenko və Dmitri Mazepinin də olması məlumdur. Avropa Ədalət Məhkəməsində ilk iddia qaldıranlardan biri tammiqyaslı işğalın başlanğıcında sanksiyaya məruz qalan oliqarx Alişer Usmanov olub. Polad maqnatı Aleksey Mordaşov da sanksiyalara etiraz edir.
Sanksiyaların yeddinci raundu çərçivəsində Avropa İttifaqı bu siyahıya daha 50 nəfər və təşkilatı əlavə etməyi planlaşdırır.