"Bloomberg" Cozef Borrellin iyulun 10-da Çinə gedəcəyinə dair məlumat yayır
"Bloomberg" Cozef Borrellin iyulun 10-da Çinə gedəcəyinə dair məlumat yayır

 

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell iyulun 10-da Çinə səfər edəcək. “Bloomberg”in xəbər verdiyi kimi bu barədə Avropa İttifaqının Çindəki səfiri Xorxe Toledo məlumat verib.

“Biz əməkdaşlıq etdiyimiz və ya bir-birimizlə rəqabət apardığımız bütün məsələlərdə Çinlə qarşılıqlı əlaqədə olmaq istəyirik”-deyə Toledo açıqlayıb.

Avropalı diplomat qeyd edib ki, Brüssel Çinlə “strateji məsələləri”, o cümlədən insan haqlarının müdafiəsi baxımından və Rusiya-Ukrayna müharibəsini gündəmə gətirməyə davam edəcək.

Toledo tərəflərin ehtimal ki, sentyabrda iqtisadi və ticarət məsələləri üzrə dialoqu davam etdirəcəklərini və ilin sonunda ola bilsin liderlər sammitinin keçirə biləcəyini bildirib.