"Bloomberg" - Avropa İttifaqı üzv ölkələrə 2024-cü ilin martına qədər Ukraynaya bir milyon artilleriya mərmisi çatdırmaq öhdəliyinin yerinə yetiriləbilmə ehtimalının az olduğu barədə məlumat verdi
"Bloomberg" - Avropa İttifaqı üzv ölkələrə 2024-cü ilin martına qədər Ukraynaya bir milyon artilleriya mərmisi çatdırmaq öhdəliyinin yerinə yetiriləbilmə ehtimalının az olduğu barədə məlumat verdi

Avropa İttifaqı üzv ölkələrə 2024-cü ilin martına qədər Ukraynaya bir milyon artilleriya mərmisi çatdırmaq öhdəliyinin yerinə yetiriləbilmə ehtimalının az olduğu barədə məlumat verib, – bu barədə “Bloomberg” xəbər verir.

Nəşrin məlumatına əsasən, bu həftə Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti Avropa İttifaqı diplomatlarına verilən vədin qeyd olunan müddətdə yerinə yetirilə bilməyəcəyi barədə məlumat verib.

“Bloomberg”in yazdığına əsasən, hazırda Ukraynaya vəd edilən sursatın təxminən 30 faizi ötürülüb.

Bəzi Avropa İttifaqı üzvü ölkələr bu həftə keçirilən görüşlər zamanı qeyd ediblər ki, Şimali Koreyanın Rusiyaya sursat tədarükü Avropa İttifaqının daha effektiv olmasının zəruriliyini bir daha vurğulayır.