Tbilisidə başlayan Cuzeppe Verdi adına festival, bugün “Black Sea Arena”-da “Aida” əsəri ilə davam etdi.
“Black Sea Arena”-da bu ilk qoyulan teatr tamaşasıdır. İndiyə qədər orada sadəcə konsertlər keçirilirdi.
Həmçinin, Cuzeppe Verdi adına festivalın Gürcüstanda keçirilməsi də presendentsiz bir haldır.
Layihə Verdi festivalı və Tbilisi Opera və Balet Dövlət Teatrı arasında keçən il qoyulan əməkdaşlıq memoranumu əsasında həyata keçirilir.
Memoranduma əsasən, gürcü tərəfində bu festivalın keçirilməsi üçün eksklüziv imkan verildi.
Möhtəşəm tamaşanın dekorasiyaları və kostyumları İtaliyada, Arena de Verona atelyesində hazırlanıb.
Verdi festivalı Gürcüstanda avqustun 25-də qala konsertlə başa çatacaq.