“Bizim Ordumuz” layihəsi davam edir
“Bizim Ordumuz” layihəsi davam edir

 

“Bizim Ordumuz” layihəsi çərçivəsində Müdafiə Qüvvələrinin komandanının müavini, general-mayor Nikoloz Cancğava və Müdafiə Qüvvələrinin nümayəndələri Tbilisidəki 64 saylı ictimai məktəbi ziyarət ediblər.

General-mayor şagirdlərə Gürcüstanın hərb tarixi, müdafiə qüvvələri, hərbi xidmət, ölkənin milli maraqları və qarşısında duran çağırışlar barədə danışıb.

Hərbi qulluqçular şagirdləri layihənin əhəmiyyəti ilə tanış ediblər. Yuxarı sinif şagirdlərinin tematik videoçarxlara baxmaq, hərbi qulluqçuların şəxsi hekayələri ilə tanış olmaq və Gürcüstanın milli qəhrəmanları haqqında məlumat almaq imkanı olub. Görüş sual-cavab rejimində keçirilib.

Gürcüstanın Müdafiə Nazirliyi “Bizim Ordumuz” layihəsini Təhsil və Elm Nazirliyi ilə birgə həyata keçirir, layihə gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun dərinləşdirilməsi məqsədinə xidmət edir.