Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi oktyabrın 7-dən bu yana Qəzza sektorunda 64 əməkdaşının öldürüldüyünü açıqlayıb
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi oktyabrın 7-dən bu yana Qəzza sektorunda 64 əməkdaşının öldürüldüyünü açıqlayıb

Oktyabrın 7-dən bəri Qəzza sektorunda Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin 64 əməkdaşı öldürülüb. Məlumatı Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi yayır.

“BBC”nin məlumatına görə, dünən həyata keçirilən hücumlar nəticəsində BMT agentliyinin əməkdaşı, onun həyat yoldaşı və 8 uşaq həlak olub. Məlumata görə, onlar evdə olublar.

Agentliyin nümayəndələrinin sözlərinə görə, Qəzza sektorunda Birləşmiş Millətlər Təşkilatının nəzarətində olan 450 sığınacaq həddən artıq doludur və bu səbəbdən sığınacaqlarda müxtəlif xəstəliklərin yaranması ilə bağlı məlumatlar yayılır.