Birinci Universitet Klinikasından bugün koronavirusdan sağalan dörd pasiyent çıxacaq

Tbilisi Dövlət Universitetinin Birinci Universitet Klinikasından bugün koronavirusdan sağalan dörd pasiyent çıxacaq.

Klinikanın rəhbəri Levan Ratianinin bəyanatına görə, bu mərhələdə klinikada 99 pasiyent qalır. Onlardan 81 nəfəri koronavirusa yoluxanlardır.

“Son 24 saatda klinikaya koronaviruslu pasiyent gətirilməyib. Bir neçə pasiyentimiz üçün laboratoriyadan mənfi cavab gəldi və onlar klinikamızı bugün tərk edəcəklər” – dedi Levan Ratiani.

Onun dediyinə görə, digər bölmələrdəki pasiyentlərin vəziyyəti də stabildir və mənfi dinamika müşahidə olunmur.