Birinci Universitet klinikasında dörd pasiyent sağaldı, 28 pasiyent müalicə almağa davam edir, onlardan biri reanimasiyadadır
Birinci Universitet klinikasında dörd pasiyent sağaldı, 28 pasiyent müalicə almağa davam edir, onlardan biri reanimasiyadadır

Birinci Universitet klinikasında ən az pasiyentimiz var və bu bizi çox sevindirir, – bu barədə bəyanatı klinikanın rəhbəri Levan Ratiani verdi.

Onun dediyinə görə, bir pasiyent reanimasiya bölməsində sünii ağ ciyər ventilyasiyasındadır, digərlərinin vəziyyəti isə, stabildir.

“Terapiya bölməsində olan digər pasiyentlərin heç birində patoloji dəyişikliklər müşahidə olunmur. Ümid edirik ki, bu pasiyentlərin hamısı yaxın günlərdə klinikadan çıxacaqlar” – dedi Levan Ratiani.

Ratianinin dediyinə görə, klinikadan dörd sağalmış pasiyent çıxdı.

“Ümid edirik ki, qalan pasiyentlər də çıxdıqdan sonra, klinikamız adi rejimdə işləməyə davam edəcək” – dedi Ratiani.