Tbilisi Dövlət Universitetinin Birinci Universitet Klinikasının məlumatına görə, orada müalicə görən beş pasiyent sağaldı.
Bu haqda məlumat Universitetin Facebook səhifəsində yayılıb.
“25 may göstəriciləri ilə, klinikamıza 17 pasiyent yerləşdirilib. Onlardan 9-nun koronavirus diaqnozu var. Reanimasiyada da bir pasiyentimiz var. Terapiya bölməsində 16 pasiyent müalicə olunur. Sağalan beş pasiyentimiz var, – deyilir klinikanın Facebook səhifəsində.