Birinci Universitet Klinikasına Dmanisi və Bolnisidən iki körpə daxil edilib
TDTU-nin Birinci Universitet Klinikasına Dmanisi və Bolnisidən, birgünlük körpələr daxil edilib.
Onlardan biri hamiləliyin 33-cü həftəsində ,digəri isə 27-ci həftəsində doğulub.
Bu barədə Gürcüstanın Birinci Kanalına klinikanın kliniki direktoru,Lali Turdzeladze bildirib.
Onun sözlərinə əsasən, uşaqların vəziyyəti ağırdır,onlarda tənəffüs çatışmamazlığı müşahidə olunur və reanimasiya şöbəsinə yerləşdiriliblər.
Körpələrdən birinin anası da klinikadadır,onun da səhhətində problem qeydə alınıb.
Turdzeladzenin sözlərinə əsasən, körpələr koronavirus ilə bağlı testdən keçəcəklər.
Müəllif – Sevinc Mustafayeva