Birinci Respublika Meydanında "Bir-birimizi sevək" adlı yeni il qala-konserti bu gün saat 00:00-dan etibarən keçiriləcək

 

Birinci Respublika Meydanında “Bir-birimizi sevək” adlı yeni il qala-konserti bu gün saat 00:00-dan etibarən keçiriləcək.

Tbilisi meriyasından verilən məlumata görə, tədbirin musiqili proqramı ictimaiyyətə yaxşı tanış olan melodiyalar üzərində qurulub. Onların verdiyi məlumata görə, layihənin həyata keçirilməsinə 300-dən çox insan qoşulub. O cümlədən orkestr və qrup musiqiçiləri, aparıcılar, vokalçılar, qruplar, ansambllar, dizaynerlər və digər əlaqəli sahə peşəkarları.

“Səhnəyə beş aparıcı – Nika Tsulukidze, Naniko Xazaradze, Apolon Kublaşvili, Mariam Coloqua və Liza Tsiklauri çıxacaq ; Qala-konsertin baş dirijoru Nika Nikvaşvili, orkestr, dörd qrupun musiqiçisi, dəvət olunmuş solist-instrumentalist, 30-a qədər solist, 15-ə qədər ansambl və xor qrupu olacaq. Layihəyə müxtəlif nəsillərin və musiqili istiqamətlərinin nümayəndələri qoşulub.

Sameba Katedralının qrupu, “Basiani” ansamblı, “Gürcü Səsləri” ansamblı, “Herio” ansamblı, “Alilo” ansamblı, “Teatral kvartet”, “Forte” ansamblı, qızlar qrupu, “Rustavi” ansamblının müğənniləri, The Quintessence, Georgian Six, “Gənclər kapellası”, “Oğlanlardan ibarət xor qrupu”, Nukri Kapanadze, Liza Baqrationi, Nato Metonidze, Anri Coxadze, Qiorqi Mepisaşvili, “Ranina”-nın müğənniləri, Kristine İmedadze, Tako Qaçeçiladze, Qiorqi Çoxonelidze, Luka Çoxonelidze, Arçil Nijaradze, Badri Çixiaşvili, Tika Maxaldiani, Datuna Sirbiladze, Maya Cabua, Eka Kaxiani, Nini Baduraşvili, Nataliya Kutateladze, Natia Dumbadze, Mixeil Suluxia, Nino Dzotsenidze, Sopo Qelovani, Natia Peranidze, Mişo Cavaxişvili, Sopo Bedia, Elene Poçxua, Ani Kekua, Manana Todadze, Açi Meparidze və Nato Qelaşvili layihədə iştirak edirlər.

Konsert iştirakçıları xüsusi olaraq bu gün üçün gürcü dizaynerlərinin geyimləri ilə səhnəyə çıxacaqlar, bu da gürcü moda sənayesinin populyarlaşmasına kömək edəcək.

Layihə rəhbəri Nino Nodiadır, konsepsiyanın müəllifi və rejissoru Bakur Bakuradze, layihənin musiqili rəhbəri Keti Qabisiani, səhnə dekorasiyanın eskizi isə rəssam Tamar Potsxişviliyə məxsusdur”- deyə Tbilisi meriyasının məlumatında bildirilib.