Birinci Kanalın veb-səhifəsində Azərbaycan və erməni dillərində internet-radio və televiziya yayımı başlayır
Birinci Kanalın veb-səhifəsində Azərbaycan və erməni dillərində internet-radio və televiziya yayımı başlayır

Birinci Kanalın veb-səhifəsində, 1TV.GE-də, Azərbaycan və erməni dillərində internet-radio və televiziya yayımı başlayır.

Yenilik “Rəngarəng Gürcüstan” layihəsi çərçivəsində həyata keçiriləcək.

Layihənin rəhbəri Ramilə Əliyeva bəyan edir ki, milli azlıqların dilində internet yayım Gürcüstanda yaşayan milli azlıqlara 12 saat ərzində öz dillərində tele və radio verlişlərini təqdim edəcək.

Ölkəmizdə iki böyük region var – Kvemo-Kartli və Samtsxe-Cavaxeti, harda ki, yerli əhali, müəyyən səbəblərə görə, hələ də dövlət dilini yaxşı bilmir, ona görə də, İctimai Yayımçı bu insanlara öz doğma dillərində istədikləri məlumatı təqdim etmək öhdəliyini üzərinə götürdü.

Tamaşaçılara müxtəlif mövzularda maraqlı verlişlər təqdim edəcəyik. Bunların arasında, əyləncə, təhsil, musiqi, mədəniyyət və idman proqramları olacaq.

Bütün bunlarla bərabər, kanalımızda gürcü dilinin populyarizasiyası layihəsi də həyata keçiriləcək” – dedi Ramilə Əliyeva.

Həmçinin, veb-səhifədə, hər gün saat 20:00-da iki dildə xəbərlər buraxılışı “Moambe” təqdim ediləcək.