Birinci Kanalın "Kapsula 1956" filmi "Cottbus Kino Festivalı"nda təqdim olunub
Birinci Kanalın "Kapsula 1956" filmi "Cottbus Kino Festivalı"nda təqdim olunub

 

Rejissoru Amiran Dolidzenin olduğu Gürcüstanın Birinci Kanalının “Kapsula 1956” filmi “Cottbus Kino Festivalı”nda qısametrajlı filmlərin əsas müsabiqə bölməsində təqdim olunub.

Kote Candieri və Kaxa Buxraşvilinin prodüserliyini üstləndiyi film Gürcüstanda televiziya yayımının 65 illiyi ilə əlaqədar çəkilib.

“Cottbus Kino Festivalı” (FFC) Şərqi Avropanın aparıcı beynəlxalq festivallarından biridir və noyabrın 8-dən 13-dək keçiriləcək.

Festival 1991-ci ildə təsis edilib, Mərkəzi və Şərqi Avropa kinosunun kəsişmə nöqtəsidir, qonşu ölkələrin kino sənayesi əlaqələrinin böyüməsinə və inkişafına kömək edir.