Birinci Kanalın fiziki məhdudiyyətli şəxslərə dəstək məqsədi ilə həyata keçirdiyi layihə çərçivəsində treninqlər davam edir

 

Birinci Kanalın fiziki məhdudiyyətli şəxslərə dəstək olaraq həyata keçirdiyi layihə çərçivəsində treninqlər davam edir.
Birinci mərhələdə İctimai Yayımçının müxtəlif platformalarının (TV, radio, onlayn portal) jurnalistləri və redaktorları praktiki işlərdən keçəcəkləri treninqlərdə iştirak edirlər. Treninqlərin keçirilməsinə fiziki məhdudiyyətli şəxslər də qoşulublar.

“İctimai Yayımçı üçün fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasının, hər şeylə birlikdə , təşkilatımızın sahib olduğu o böyük məsuliyyətlə nə qədər vacib olduğundan tez -tez danışırıq. Uzun müddətdir bu mövzu üzərində işləyirik, bu istiqamətdə bir çox irəliləyiş əldə etmişik, lakin bunun kifayət olmadığını hesab etdik və İctimai Yayımçı üçün və əlbəttə ki, istəsələr bütün digər media vasitələr üçün də bir növ siyasət olacaq bir layihəyə başladıq. Bu nəyi nəzərdə tutur: belə demək mümkünsə, fiziki məhdudiyyətli şəxslərin icmasını necə düzgün işıqlandırmalı olduğumuza dair təlimatları, eləcə bir növ lüğət istəyirik, bu mövzuda necə danışacağımızla bağlı . Çox vaxt işlətdiyimiz ifadələrin, sözlərin onlar üçün həvəsləndirici olmasını istəyərik, lakin tez -tez səhv edirik və bu səhvləri istisna etmək istəyirik “-deyə İctimai Yayımçının baş direktoru Tinatin Berdzenişvili bildirib.

Onun sözlərinə görə, bu gün keçirilən treninq ,treninqlər silsiləsinin bir hissəsidir və yenə davam edəcək.

“Bu, praktiki kursu kağıza köçürməyimizə imkan verəcək. Layihə təxminən altı aydır davam edir və çox yaxında ictimaiyyətlə paylaşacağımız bir sənədimiz olacaq”-deyə Tinatin Berdzenişvili bildirib.

Fiziki məhdudiyyətli şəxslərə dəstək üçün yaradılmış layihə tərəfindən media bələdçi hazırlanır, bu da fiziki məhdudiyyətli şəxslərin məsələlərinin işıqlandırılması, ünsiyyəti və davranış qaydalarını özündə əks etdirir.
Sənəd tədqiqatlara, peşəkar ədəbiyyata və ən yaxşı beynəlxalq təcrübəyə əsaslanacaq.

Treninqlər seriyasının başa çatmasından sonra praktiki nümunələr bələdçiyə inteqrasiya edilir və sənədin təqdimatı baş tutacaq.

Bələdçinin təqdimatından sonra yaradılan sənədi praktikada tətbiq etmək məqsədi ilə əlavə treninqlər silsiləsi planlaşdırılır.